Azərcell, Bakcell, Nar Mobile Balans Köçürmə

Bir neçə gün əvvəl öz balansımdan bir dostumun hesabına müəyyən qədər kontur göndərmək istədim və necə edəcəyimi bilmədiyim üçün internetdə axtarış vermək qərarına gəldim. Bu qədər məşhur və bilinən proses olmasına baxmayaraq bu haqqda çətinliklə məlumat tapdım. Axtaran insanların çoxluğunu nəzərə alaraq Azərcell, Bakcell və Nar Mobile operatorlarının balans köçürmə əməliyyatlarının necə edildiyini bu yazıda göstərəcəm.


Azərcell balans köçürmə

Balansına müəyyən məbləğ köçürmək istədiyiniz SimSim abonentinin nömrəsini (050/051 və nömrə) yazıb SMS vasitəsilə 9204 (20 qəpik üçün), 9200 (50 qəpik üçün) və ya 9202 (1 AZN üçün) nömrəsinə göndərin.

Köçürmə edildiyi zaman köçürməni edən abonentin hesabından 20 qəpik üçün 22 qəpik, 50 qəpik üçün 55 qəpik, 1 AZN üçün 1.10 AZN çıxarılaraq, sifariş edilən məbləğ müvafiq SimSim abonentinin balansına köçürüləcək.
Xidmət haqqı

  • 9204 nömrəsinə göndərilən SMS-in qiyməti – 2 qəpik.
  • 9200 nömrəsinə göndərilən SMS-in qiyməti – 5 qəpik.
  • 9202 nömrəsinə göndərilən SMS-in qiyməti – 10 qəpik.


Bakcell balans köçürmə

Bakcell operatorunda hələki sadəcə 20 qəpik göndərmək mümkündür.

  • Telefonunuzda *105* 055-nömrə #yes
    düymələrini yığın.
  • Siz və balansını artırdığınız digər abunəçi çatdırılma haqqında bildiriş mesajı alacaqsınız

Bir ay ərzində ilk 5 göndərişin qiyməti hər bir göndəriş üçün 3 qəpik təşkil edir. 6-cı və daha sonrakı göndərişlərin qiyməti hər biri üçün 10 qəpik təşkil edəcək.

Bakcell abunəçisi digər abunəçinin bağlanmış nömrəsinə “pul köçürmə” yolu ilə 0.20 AZN göndərərsə, bağlanmış nömrə 5 gün müddətinə açılacaq.



Nar Mobile balans köçürmə

Nar Mobile operatorunda siz digər nömrənin balansına 0.2, 0.5, 1 və ya 2 AZN məbləğində balans köçürə bilərsiz. Bunun üçün aşağıdakı kodlardan istifadə edə bilərsiniz.

  • 0.2 AZN üçün *790#070/077 abunəçinin nömrəsi #02#YES
  • 0.5 AZN üçün *790#070/077 abunəçinin nömrəsi #05#YES
  • 1 AZN üçün *790#070/077 abunəçinin nömrəsi #1#YES
  • 2 AZN üçün *790#070/077 abunəçinin nömrəsi #2#YES 
QEYDLƏR
  • Xidmətdən gün ərzində 10 dəfə istifadə etmək olar.
  • Balans Köçürmə xidmətindən istifadə edə bilmək üçün nömrə aktivləşən andan etibarən cəmdə ən azı 3 AZN sərf olunmalıdır.
  • Gün ərzində 1-5 dəfə köçürmə etdikdə, hər köçürmə üçün 6, 6-10 dəfə köçürmə etdikdə isə hər köçürmə üçün 10 qəpik çıxılır.
  • Köçürməni göndərən abunəçinin balansında kifayət qədər vəsait olmadığı halda əməliyyatın həyata keçirilməsi mümkün deyil.
  • Xidmətdən istifadə üçün qoşulma və əlavə ayarlar tələb olunmur.
  • Balans Köçürmə xidmətindən yalnız öncədən ödənişli tariflərin abunəçiləri istifadə edə bilər.
  • Əməliyyat yerinə yetirildikdən sonra köçürməni göndərən və qəbul edən abunəçilərə balansın artırılmasını təsdiqləyən bildiriş mesajı göndərilir.
  • Balans Köçürmə xidmətindən yalnız aktiv statusunda olan abunəçilər istifadə edə bilər.
  • İlk ödəniş məbləği Balans köçürmə xidməti vasitəsi ilə göndərilə bilməz.
  • Abunə haqqı olmayan tarifdən istifadə edən abunəçinin hesabına göndərilən məbləğ ödənişin istifadə müddətinə təsir etmir.
  • Balans Köçürmə xidmətindən istifadə edərkən balansına vəsait köçürülən nömrə səhv yığıldıqda balansdan silinən məbləğ geri qaytarılmır.
  • Rominqdə olan abunəçilər Balans Köçürmə xidmətindən istifadə edərək digər abunəçinin balansına vəsait köçürə bilməzlər.

Əgər hər hansı bir çətinliyiniz və ya sualınız olarsa şərh yazaraq bizə bildirə bilərsiniz.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir