Bitcoin nədir? Birdə bizdən oxuyun.

Hələ 2010-2013 illəri idi. DeepWeb(Dərin internet) deyilən bir yerdə pis niyyətli xakerlər, pul qarşılığında fəaliyyət göstərən qatillər, Oğurluq və rəsmi olmayan malların satışı ilə məşğul olan insanlar necə olurduki internet daxilində alqı-satqı edirdilər və Bank’lar vasitəsilə Dövlət tərəfindən tutulmurdular? Çünki onlar Bitcoin istifadə edirdilər. O vaxtlar Bitcoin ancaq elə yerlərdə istifadə olurnurdu və 1 BTC (Bitcoin) qiyməti sadəcə 10$ idi. Lakin 2014’cü ilin əvvəllərində BTC-nin 1500$-a qalxması ilə hər şey dəyişdi. Qiymətinin qalxması ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacardı. Bilirəm, bəzi oxuyucular deyəcək “çox saytda məlumat var siz niyə yazırsız” amma saytımızda Bitcoin qazanc yolları mövcuddur və bilməyən dostlarımızı saytdan kənara çıxarıb vaxtını boş yerə sərf etdirməmək üçün mən AZDROİD qrupundan MirSadiq Talışinski öz düşüncələrimlə suallarınızı cavablandıracam. 

Bitcoin nədir?

Bitcoin 2008-ci ildə Satoshi Nakamoto tərəfindən yaradılan Elektron Pul vahididir. Bizim gündəlik həyatımızda istifadə etdiyimiz Manat, Dollar, Euro kimi pul vahidlərindən fərqli olaraq Bitcoin nəğdləşdirilə bilmir çünki tamamilə virtualdır. Ən gözəl tərəfi isə 2 insanın heç bir 3-cü tərəfə ehtiyacı olmadan bir-birinə BTC köçürməsi edə bilməsidir. Ödəniş birbaşa olduğu üçün isə heç bir komissiya haqqı tutulmur. 

Bitcoin nə üçün yaradılıb?

Bitcoin dediyim kimi Satoshi Nakamoto tərəfindən yaradılıb, lakin rəsmi olaraq nə Nakamoto-nun yaratdığı, nə də bir şəxs tərəfindən yaradıldığı haqqında heç bir məlumat yoxdur. Yaradılma səbəbi isə sadəcə insanların harada olduğundan asılı olmayaraq bir-birlərinə birbaşa pul göndərə bilmələrini təmin etməkdir. Bitcoinin mərkəzi yoxdur. Yəni heç kim tərəfindən idarə olunmur. 

Bitcoin necə istehsal olunur? 

Hamımız bilirikki pul vahidləri mərkəzi banklar tərəfindən istehsal olunur. Bəs Bitcoinin mərkəzi yoxdur. Harda istehsal olunur? Bitcoin istehsal etmək istəyən insanlar tərəfindən. Mining (Mədənçilik) deyilən bir yolla istehsalçılar CPU avadanlıqları ilə Bitcoin çıxarırlar. Lakin bu kompyuterinizlə istədiyiniz qədər BTC istehsal edəcəyiniz mənasını daşımır. Yaranma vaxtı qoyulan qaydalara görə BTC sadəcə 21.000.000 ədəd istehsal oluna bilər. Və buda limitə yaxınlaşdıqca istehsalının daha da çətin hal almasına gətirib çıxarır. Hal-hazırda bizim istifadə etdiyimiz normal komyuterlər ilə demək olarki mümkün deyil. 

Bitcoin ilk və tək elektron pul vahidi deyil. 

Bəli, bitcoin hələ birjaya çıxmazdan əvvəl Facebook Credits deyilən bir virtual pul vahidi yaradılmışdı. Bu credit-lərdən oyunlarda istifadə olunurdu. Lakin dövlətlərin qanunlarına zidd olduğu üçün qadağan olundu. Bitcoin isə heç kim tərəfindən idarə olumadığı üçün sadəcə insanların ona maraq göstərməməsi nəticəsinda yox ola bilər. Gün keçdikcə birjaya yeni Bitcoin oxşarı valyutalar çıxır və hazırda təxminən 1500+ coin mövcuddur. Bunlara ümumilikdə altcoin deyilir.

Bitcoin qiyməti necə dəyişir?

Digər valyutalardan fərqli olaraq Bitcoin qiymətləri miqdarına və gündəlik istifadəsinə olan maraq sayəsində dəyər qazanır. Qiymət dayanmadan dəyişir. 26.10.2018 tarixində 1BTC = 6471$ Dəyərində fəaliyyət göstərir.

Bitcoin Alıb-Satmaq

Bitcoin Wallet (Pul kisəsi) deyilən hesablarda saxlanılır. Hesab açdığınız vaxt sizə şifrələnmiş olaraq hesab nömrəsi verir. Bu hesab nömrəsindən heç kəs sahibinin kim olduğunu bilə bilməz, sadəcə nə qədər BTC alıb-satdığını görə bilər. Onunda anonim olmasını istəsəz mextəlif hesab nömrələrinnən istifadə edə bilərsiz. Bir çox Wallet saytları mövcuddur. Sizdə özünüz üçün BlockChain, Coinbase kimi saytlardan Bitcoin hesabı aça bilərsiniz. Bitcoin almağa gəldikdə isə istər pulsuz Sathosi(1 BTC= 0.00000001 Satoshi)  qazandıran saytlardan istifadə edə, istəsənizdə Exchange(Valyuta dəyişmə)  saytlarından plastik kartınızla ala bilərsiz. Bunlar haqqda növbəti mövzularda daha ətraflı yazmağı planlaşdırıram. Satoshi qazanmaq üçün saytımızda hər gün yeni yollar paylaşılır.

  • Bitcoin insanı 1 gündə milyonçu edə bilər, həmçinində kasıb. Bu isə tamamilə sizdən asılıdır. İnvestisiya üçün müxtəlif birjalar mövcuddur. İstədiyiniz altcoin-i bir kliklə Dollara, Bitcoin-ə dəyişə və bunun əksini edə bilərsiz. Altcoin qiymətləri qalxıb-endiyi üçün aşağı düşdükdə alıb, yuxarı qalxdıqda satmaqla yüksək məbləğdə qazanc əldə edə bilərsiz. Amma diqqətli olun aldığınız altcoin qiymətini itirib batma təhlükəsi var, bu sizi böyük itkilərə gətirib çıxara bilər. Başlamazdan əvvəl çoxlu araşdırmalar edib məlumat toplamağınızı məsləhət görürəm. 

Ümid edirəmki Bitcoin haqqında yazdığım bu məqaləni bəyənərsiz. Bu postun altında ağlınızda qalan sualları yaza bilərsiniz. Həmçinin bildiyiniz məlumatlarıda əlavə edə bilərsinizki digər istifadəçilər yararlansın. Uğurlar.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com