Fermer oL Və PUL QAZAN

Salam, bu yazını oxuyursansa, deməli sən də internetdə onlayn şəkildə pul qazanmaq istəyirsən. Artıq 21-ci əsrdə yaşayırıq və demək olar ki, günümüzün 80%-ini internetdə keçiririk. Bura bizim 2-ci dünyamız olub. Əgər burada bir dünyadırsa niyə də burdan pul qazanmaq mümkün olmasın? Təbiiki mümkündür. İnternetdən pul qazanmaq mövzusunda yüzlərlə üsul mövcuddur və mən bu yazıda sizə həm əylənib həm qazanc əldə edə biləcəyiniz bir yol göstərəcəm. Bir çoxumuz Talking Tom oyununu yəqin ki oynamışıq. Oynamasanız belə bu oyunun necə oynandığını yəqinki bilirik. İlk başladıqda bizə Tom adında bir pişik verir, bizdə müəyyən vaxtlarda onu yedirdirik, oynadırıq, çimizdiririk və bunun qarşılığında xal qazanırıq. Sizə tanıdacağım saytdada eyni funksiyanı həyata keçirəcəyik və yığdığımız xalları saytın bazasına göndərərək bizə ayrılan vəsaiti hesabımıza əlavə edəcəyik. Oyunu həm mobil telefondan həm də kompyuterdən oynamaq mümkündür. Çox uzatmadan keçək saytımıza.


– QEYDİYYAT

Qeydiyyat üçün ilk öncə BURA daxil oluruq.

Açılan səhifədə lazım olan məlumatları doldururuq. (e-mail adresinizi düzgün yazın təsdiq üçün kod gələ bilər.)

ALT Hissədə yerləşən “ÜYE OL” buttonuna klikləyirik və hesabımızı açmış oluruq.



– SAYTA GÜN ƏRZİNDƏ GİRİŞ

Oyunda baxacağımız tək heyvan sadəcə 1 ədəd inəkdir. Bu sizə o qədərdə asan gəlməsin. Hesabınıza giriş etdiyiniz zaman sizi ilk olaraq Ahır‘a yönləndirir. Burada inəyinizin sağlıq və aclıq dərəcəsini görə bilərsiniz. Siz gün ərzində oyuna tez-tez daxil olaraq inəyə yemək verməlisiz. Əks halda aclıq dərəcəsi 0% olacaq və sağlıq dərəcəsi düşməyə başlayacaq.

DİQQƏT: Əgər Sağlıq dərəcəsi 0% olarsa sizin inəyiniz öləcək və bütün xallarınız, pullarınız sıfırlanacaq. Buna görədə çox diqqətli olmaq lazımdır.



– SÜT SATARAQ PUAN TOPLAMAQ

İnəyinizin süt istehsal etməsi üçün yəqinki ona yemək verməliyik. Bunun üçün yuxarı hissədə yerləşən Market bölməsinə daxil olaraq ən alt hissədəki Çimen (satın al) sözünə klikləyərək 2-3 ədəd alırıq. Aldığımız məhsulu inəyimizə yedirtmək üçün təkrar Ahır-a qayıdırıq və Çimen seçərək alt tərəfdəki “Besle” buttonuna klik edirik. İnək verdiyiniz məhsuldan asılı olaraq hər dəqiqə süt istehsal edəcək və “Sütləri Sat” buttonuna klikləyərək qarşılığında puan(xal) qazanacağıq. (Oyuna ilk başladıqda siz 1-ci səviyyə olacağınız üçün marketdən yalnız ÇimenŞeftali ala biləcəksiz. Lakin oyunda irəlilədikcə səviyyəniz artacaq və digər məhsullarıda ala biləcəksiz. Hansı məhsulun nə qədər enerji verdiyinə Market bölməsindən baxa bilərsiniz).



– SİSTEMƏ PUAN(XAL) GÖNDƏRMƏK

Bu qədər iş gördük, hesabımızda xeyli puan toplandı, bəs biz bunları necə pula çevirəcəyik? – çox asan. Saytın üst tərəfindəki TL/Puan bölməsinə və oradan PUAN GÖNDƏR bölməsinə daxil oluruq. Yığdığınız xalların hamısını və ya bir hissəsini göstərilən boş xanaya daxil edərək ONAYLA buttonuna klikləyirik. (İnəyiniz üçün lazım olan qədər məhsulu öncədən almağı unutmayın). Hər ayın əvvəlində göndərilən xallar hesablanır və qazancınız oyundakı balansınıza yüklənir.



– NƏ QƏDƏR QAZANMAQ MÜMKÜNDÜR?

Bu tamamilə sizin göndərəcəyiniz xallardan asılıdır.

Məsələn: Ayın 3.ü reklam gəlirindən 50.000 TL istifadəçilər üçün ayrılıb. Siz göndərdiyiniz xallarla qazanc sıralamasına daxil olursunuz. 50.000 TL = 100%-ə bərabər olur. Siz nə qədər çox xal göndərsəz sıralamada o qədər yuxarı qalxırsız və paylanılan puldan sizə daha çox pay düşür. Son gündə siz və daha 1 nəfərdən başqa digərlərinin inəyinin öldüyünü fərz edək. Bu zaman sistemdə 2 istifadəçi qalır. Təsəvvür edinki siz sistemə 300.000 puan göndərmisiz və digər istifadəçi 100.000 puan göndərib. Ödəniş vaxtı 50.000 TL pulun 75%-i (37.500 TL) sizə, 25% (12.500 TL) isə digər istifadəçiyə verilir. Bu səbəbdəndə göndərdiyiniz xalın sizə nə qədər qazandıracağı dəyişkən olur. İstifadəçi artdıqca onlarda bu pula ortaq olur, lakin reklam gəlirləridə artacağı üçün paylanacaq məbləğdə artır.



– SAYT ÖDƏNİŞ EDİR? PUL NECƏ NƏĞDLƏŞDİRİLİR?

Bəli, sayt reklam gəlirlərindən pul ayırdığı üçün hələki ödəniş edir. Lakin bunun nə qədər davam edəcəyi sual altındadır. Saytda bir problem yaranmadığı müddətcə çox gümanki aylarla işləyəcək.

Ödəniş Azərbaycan vətəndaşları üçün sadəcə Bitcoin ilə mümkündür. Türkiyədə yaşayanlar üçün Bank və PaPara köçürmələridə mövcuddur. Bitcoin ilə nəğdləşdirmə etməyi bilməyən dostlarımız TEXNİKİ SERVİS bölməsindən bizə yazaraq dəstək ala bilərlər.


Əlavə suallarınızı şərh bölməsinə yaza bilərsiniz. Yuxarıda verdiyimiz linkdən qeydiyyatdan keçməklə sizdə bizə dəstək ola bilərsiniz.


Marağınızı çəkə biləcək digər yazılar:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com