PUBG Mobile donma problemi (Müxtəlif Üsullar)

Daimi Yenilənmə : 22.07.2019
Bölmə daim yenilənəcək və xeyli əlavələr olunacaq. Yeniliklərdən xəbərdar olmaq üçün saytın Sol-Alt tərəfindən bildirişləri aktiv edə bilərsiniz.



Gün keçdikcə istifadəçisi artan və özündə asılılıqlar yaradan PUBG Mobile oyunu çox yüksək qrafiklərə malikdir. Hər nə qədər aşağı qrafik seçmə imkanımız olsada oyun daxilində lag, donma kimi problemlər yaranır. Bu yazımızda sizlərə əlimizdən gəldiyi qədər köməklik göstərməyə çalışacağıq. İlk növbədə bu oyun üçün Android telefonumuzun uyğunluğunu yoxlamaq lazımdır. Əgər cihazınız Android 5.1.1 -dən aşağı və ya RAM 3GB -dan aşağıdırsa bu oyun sizin telefonunuzda açılmayacaq. Bunun yerinə az büdcəli telefonlar üçün nəzərdə tutulan PUBG Mobile Lite yükləməyinizi tövsiyə edə bilərəm.

Donma problemi hər Android telefonunda fərqli səbəblərdən baş verə bilər. Bunun üçün sizlərə bacardığımız qədər çox sayda üsullar göstərməyə çalışacağıq. Həmçinin sizində tətbiq etdiyiniz üsullar varsa rəy bölməsinə yazaraq başqalarınında yararlanmasına səbəb ola bilərsiniz.

1. Telefon yaddaşın boşaltmaq

Telefonunuzdakı tətbiqlər daha sürətli açılmaq üçün daha öncə girdiyiniz məlumatları öz yaddaşında saxlayır. Buda program həcminin artmasına və cihazın ağır işləməsinə gətirib çıxarır. Normal olaraqda oyunlarda ilişmələr meydana gəlir. Belə hal baş verməməsi üçün oyuna daxil olmadan öncə telefonun özünün və ya mağazadan yüklənən Cleaner tətbiqləri ilə yaddaşı boşaltmaq lazımdır. Sizə məsləhət görə biləcəyim 3 tətbiqi aşağıya yerləşdirəcəm.

  1. Clean Master – RAM Temizleyicisi ve Antivirüs
  2. Nox Cleaner – Çöpleri temizleyicisi, RAM hızlandır
  3. CCleaner – Temizleyici ve RAM Booster, Ücretsiz




2. FPS limitini qaldırmaq

PUBG Mobile orta dərəcəli telefonlarda FPS limitini maksimum 40 olaraq dəyərləndirib. Buda oyunu rahat oynaya bilmək üçün bizə kifayət etmir. Hər nə qədər oyun yüksək FPS almağa imkan verməsədə bu kilidi müxtəlif tətbiqlərlə qırmaq mümkündür. Bu tətbiqlərlə həm FPS artıra həmdə qrafikləri aşağı salaraq yüksək performans ala bilərsiniz. Yenə sizin üçün araşdıraraq ən yaxşı 3 tətbiqi aşağıda yerləşdirəcəm. Səbəbi isə hər tətbiqin hər telefonla uyğun olmamasıdır. Siz bu tətbiqləri yoxlayaraq hansının sizin telefonunuzla uyğun olub olmamasına baxa bilərsiniz.

  1. GFX Tool Pro for PU Battlegounds – 60FPS
  2. GFX Tool – No Ban & No Lag
  3. Battlegrounds Advanced Graphics Tool [NO BAN]

Oyun performansınızı artırmaq üçün aşağıdakı parametrlərdən istifadə edə bilərsiniz. GFX Tool PRO üzərində istifadə olunan parametrlərdir lakin hər 3 tətbiqdə etmək mümkündür.

  • Graphics Quality – Smooth
  • Resolution – 1600×900 – Medium
  • Game Version – 0.13.5 Global (en)
  • Save in game Settings – Enable
  • Frame Rate – 60 FPS

DİQQƏT: Qeyd olunmayan parametrləri dəyişməyin.





3. Oyun içi parametrlər

Oyun daxilindəki parametrləri ən aşağı səviyyəyə gətirərək performansı artıra bilərsiniz. Bunun üçün parametrləri aşağıdakı kimi etmək lazımdır.

  • Grafikler – Akıcı
  • Kare Hızı – Aşırı
  • Stil – Klasik
  • Grafikleri otomatik ayarla – Kapat




PUBG Mobile üçün hazırladığımız bu bölmədə izləyicilərimizə bacardıqca yardım etməyə çalışırıq. Əgər bu yazılanlardan əlavə üsulunuz varsa Şərh bölməsində qeyd edə bilərsiniz. Həmçinin əlavə suallarınızıda qeyd edin cavablandıraq.

One thought on “PUBG Mobile donma problemi (Müxtəlif Üsullar)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir