Telefon alarkən nələrə diqqət etməliyik?

Salam, saytımıza xoş gəlmisən. Android telefon almaq istəyib, ən yaxşı seçimi edərək sonradan peşman olmaq istəmirsənsə düzgün yerdəsən. Bu yazımda sənin Android telefon alarkən nələrə diqqət etməliyəm? Sərfəli qiymətə necə telefon ala bilərəm? və s. kimi suallarına aydınlıq gətirəcəm. Aydın məsələdir ki,ümumi ölkə olaraq Android və digər platformalarda məlumatımız olduqca azdır. Bu səbəbdən yazını mümkün olduğu qədər sadə dildə izah etməyə çalışacam.

Telefon seçimi edərkən harada səhf edirik?

Bu sualın cavabı məncə çox sadədir. Biz telefon seçimi edərkən cihazın xarici görünüşünə və markasına üstünlük veririk. Lakin bu tamamilə səhf düşüncədir. Sən mobil telefon seçimi edərkən xarici görünüşə ütünlük verirsənsə, bu düşüncə “Zəng gəlsin, zəng getsin” cümləsindən fərqli deil.
Telefon alarkən onu necə istifadə edəcəyini düşünərək seçim etməlisən. Əgər şəkil, video çəkməyi xoşlayırsansa 16 və daha yuxarı Megapixel telefon seçimi edə bilərsən. Və ya oyun oynamağı sevirsənsə yüksək Operativ Yaddaşa (RAM) malik olan telefonlar sənin üçün daha uyğundur. Marka və modellərə də həmçinin diqqət yetirmək lazımdır. Məsələn, Samsung tanınmış markadır deyə o demək deyil ki,Huawei markası Samsung`dan pisdir. Dünyada yeni çıxan və hazırda bildiyimiz telefonlardan qat-qat güclü telefonlar mövcuddur.


Android telefonun parametrləri necə olmalıdır?

Android telefonlarda ən çox diqqət yetirilən parametrlər Operativ Yaddaş(RAM) və Daxili Yaddaş həcmləridir. Bu yaddaşlar aşağı olduqda aldığınız telefon bir neçə tətbiq yüklədikdən sonra donmağa və istifadəsi mümkünsüz hala gələcək. Belə hal baş verməsini əlbətdə istəmərik. Hazırki zamanda donma problemi olmadan istifadə edə biləcəyin telefon modellerinin minimum 4GB RAM və 32GB daxili yaddaşının olmasına xüsusi diqqət yetirməlisən. Həmçinin 3D və daha yüksək keyfiyyətli oyunları rahatlıqla oynaya bilmək üçün prosessorun (Snapdragon 6xx+ və ya 8xx+) yüksək olmasına diqqət edin.


Ən məsləhətli telefonlar ən sərfəli qiymətə

Xiaomi, Honor, Meizu kimi telefonlar sizin cibiniz üçün ən yaxşı seçimdir. Bu telefonlar daha yüksək parametrlərə sahib olmaqla yanaşı, məhşur markaların qiymətinə nisbətən sizin üçün daha sərfəlidir . Qiymətinin aşağı olması keyfiyyətin aşağı olduğu anlamına gəlmir. Səbəbi brend marka olduqları və daha çox tələbat gördükləri üçündür. Bu kimi Çin istehsalı telefonları almaq üçün ən məsləhətli yer Aliexpressdir. Sən 500 manatlıq telefonu 300 manata Aliexpress`dən alıb 60 manata burada qeydiyyatdan keçirsən belə buradakı qiymətlərə baxdıqda daha sərfəli olur. Son model Xiaomi telefonları üçün aşağıdakılardan birini seçərək elə indicə sifariş verə bilərsən.

Aliexpress`dən telefon sifariş vermə haqqında ətraflı məlumat üçün TEXNİKİ SERVİS bölməsindən bizə müraciət edin.


GB WhatsApp Anti Ban (Ən Son Versiya)

Azərcell, Bakcell, Nar Mobile Balans Köçürmə

Android – Unudulan Ekran Kilidini Açmaq


One thought on “Telefon alarkən nələrə diqqət etməliyik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com