WhatsApp üçün Sticker düzəltmək

Sizdə WhatsApp-da öz çıkartmalarınızı hazırlayıb dost-tanışlarınıza göndərmək istəyərdiz? Bəli, bu mümkündür.

Bu yazımda sizlərə bunu necə edəcəyinizi öyrədəcəm. Bunun kimi daha bir çox maraqlı məlumatlar öyrənmək üçün saytımızın bildirişlərini açın.

İlk mərhələdə aşağıdakı linkə daxil olaraq Sticker maker tətbiqini telefonumuza yükləyirik.

daha sonra tətbiqi açın və “Create a new stickerpack”-a daxil olun. Qarşınıza çıxan ekranda paketə verəcəyiniz adı (üst tərəf) və istifadəçi adınızı (alt tərəf) yazın. Beləliklə ilk çıkartma paketinizi açmış olursuz.



Növbəti addımda bu paketə örtük(cover) şəkli seçməliyik. Ən üst tərəfdəki boş xanaya daxil olaraq istər kameranızla yeni şəkil çəkə, istərsədə qalereyanızdan seçim edə bilərsiniz.


Bir şəkil seçtikdən sonra istədiyiniz yerlərini kəsin və “YES, SAVE STICKER” deyərək davam edin.

Paketinizin örtük şəklidə hazırdır və siz bu gedişatı digər boş xanalara tətbiq edərək çıkartmalarınızı hazırlaya bilərsiniz. WhatsApp-a əlavə etmək üçün ən azı 3 çıkartmanız olmalıdır.

Sonuncu mərhələdə hazırladığınız çıkartmaları alt tərəfdəki “ADD TO WHATSAPP” buttonuna daxil olaraq WhatsApp-a əlavə edirik. Yəqinki çıkartmaların yerini özünüz bilirsiniz. Bu yazımızda sona çatdı. Hər hansı bir çətinliyiniz olarsa şərhlərdə və ya TEXNİKİ SERVİS bölməsindən bizə bildirə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com